Sentyabrın 27-də Anım Günü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər.
FHN-dən Demokrat.az-a verilən xəbərə görə, FHN-in kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.




