Cəmiyyət Özəl

Xəyanətə görə təzminat tələb etmək mümkündür? — Hüquqşünas açıqladı

Xəyanətə görə təzminat tələb etmək mümkündür? — Hüquqşünas açıqladı

Boşanma proseslərində tərəflərin bir-birinin telefonunda aşkarladığı yazışmalar da mübahisə mövzusuna çevrilir. Xüsusilə həyat yoldaşının başqa şəxslə adi və ya şübhəli xarakterli yazışmaları xəyanətin sübutu kimi təqdim edilməsi və belə hallarda qarşı tərəfdən təzminat tələb etmək mümkündürmü sualı aktuallaşır.

Azərbaycanda məhkəmə təcrübəsində bu cür yazışmalar xəyanətə dair dəlil kimi qəbul olunurmu və buna görə təzminat ödənilməsi ilə bağlı hallar yaşanıbmı?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda bir sıra digər ölkələrdən, hətta Avropa ölkələrindən fərqli olaraq, boşanma çox asan prosesdir:

Xəyanətə görə təzminat tələb etmək mümkündür? — Hüquqşünas açıqladı

“Yəni heç nəyi sübut etmək məcburiyyətində deyilsən. Xəyanət olub, nə baş verib, kim günahkardır – bunların heç biri əsas deyil. Sadəcə deyirsən ki, xasiyyətimiz uyğun deyil və boşanırlar. Yəni bunların boşanmaya elə bir təsiri yoxdur. Amma bir sıra ölkələr var ki, orada sən boşanmaq istəyinin səbəbini əsaslandırmalısan. Məsələn, deyirsən ki, həyat yoldaşım xəyanət edib və sair.

Hüquqşünas qeyd edib ki, burada mənəvi zərərin vurulmasından söhbət gedə bilər:

“Yəni deyə bilərsən ki, “Mənə xəyanət etdi, buna görə sarsıntı keçirdim və mənəvi zərər gördüm, ona görə də təzminat istəyirəm”.

Bu, eynilə ona oxşayır ki, kimsə məni əsəbiləşdirdi, mən sarsıntı keçirdim və deyirəm ki, mənəvi zərərin əvəzini ödəsin. Hələlik mən bizim məhkəmələrdə belə hallarda mənəvi zərərin əvəzinin təmin edildiyini görməmişəm. Etsələr də, yəqin ki, çox az məbləğ olar”.

Fidan Hacızadə

D
demokrat.az