Sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan saxlanılıb. Onun toyunda taxıldığı iddia edilən yüksək məbləğdə qızıllarla bağlı da araşdırma başladılıb.
Demokrat.az xəbər verir ki, sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın paylaşımları və toyunda taxılan böyük miqdarda qızıllar gündəmə gəlmişdi. Van Respublika Baş Prokurorluğu Tançalan barəsində sosial media paylaşımlarına görə Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi çərçivəsində “Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlətin qurum və orqanlarını alçaltmaq” ittihamı ilə öz təşəbbüsü əsasında istintaq başladıldığını açıqlayıb.
25 ayrı cinayət qeydinin olduğu öyrənilən Tançalan polis əməkdaşlarının Van vilayətinin Muradiyə rayonundakı ünvanına keçirdiyi əməliyyat zamanı saat 03:00 radələrində saxlanılıb.
Digər tərəfdən, sosial mediada gündəm olan görüntülər və onun toyunda taxıldığı bildirilən böyük miqdarda qızıllar da araşdırma mövzusuna çevrilib. Sözügedən əmlakın mənbəyinin müəyyənləşdirilməsi məqsədilə maliyyə araşdırmasına başlanılıb. Həmçinin məhkəmə orqanları tərəfindən Türkiyənin Maliyyə Cinayətləri Araşdırma Şurasından (MASAK) da araşdırma aparılması tələb edilib.
Jalə Demokrat.az


