Cəmiyyət Özəl

Deputat: Tarixi məkanlara yazı yazmaq ümumi mədəniyyət problemidir

Deputat: Tarixi məkanlara yazı yazmaq ümumi mədəniyyət problemidir

“Bu, əslində, ümumi mədəniyyət və dünyagörüşü problemidir. Mən xatırlayıram, Cənubi Afrikada Ümid burnuna getmişdik. Orada da hər yerdə bu cür yazılara rast gəlmək olurdu. Hətta azərbaycanlıların yazdığı yazılar da var idi”.

Bu sözləri Demokrat.az-a Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, buna bir insanın özündə formalaşmış vərdiş və ya davranış problemi kimi baxmaq lazımdır:

“Ona görə də bunu ümumi bir anlayış kimi qəbul etməliyik. Heç bir yerdə, xüsusilə də tarixi və mədəni əhəmiyyət daşıyan məkanlarda bu şəkildə yazı yazmaq, özündən iz qoymaq cəhdi yaxşı qarşılanmamalıdır. Bu məsələ yalnız Şuşaya aid edilməməlidir. Xankəndidə belə bir yazı yazılsa, bu, yenə də xoş qarşılanmayacaq. Bakıda, məsələn, kimsə Qız qalasının üzərinə boya ilə nəsə yazsa, buna necə münasibət göstərəcəyik?”.

Deputat: Tarixi məkanlara yazı yazmaq ümumi mədəniyyət problemidir

Fazil Mustafa əlavə edib ki, yəni ümumilikdə buna bir mədəniyyət problemi kimi yanaşmaq və cəmiyyətdə bu barədə düzgün anlayış formalaşdırmaq lazımdır:

“İnsanlara bunun harada və necə izah olunması da vacibdir. Çünki böyük əksəriyyət belə hərəkətləri, yəqin ki, cahillikdən edir. Oxumuş, dünyagörüşlü və məsuliyyətli bir insanın gedib hansısa tarixi və ya ictimai məkana öz adını, sevgisini və ya başqa bir ifadəni yazması düzgün deyil. Kimisə sevmək də o demək deyil ki, mütləq gedib divara “filankəsi sevirəm” yazmalısan. Bu məsələyə daha geniş, ümumi bir problem kimi baxılmalı və cəmiyyətdə bu davranışın düzgün olmadığı izah edilməlidir”.

Deputat: Tarixi məkanlara yazı yazmaq ümumi mədəniyyət problemidir

Qeyd edək ki, Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.

Fidan Hacızadə

D
demokrat.az