Texnologiya Özəl

"Bayraktar Akıncı" yeni lazer tuşlayıcı ilə hədəfi tam dəqiqliklə vurub — VİDEO

Bayraktar Akıncı yeni lazer tuşlayıcı ilə hədəfi tam dəqiqliklə vurub — VİDEO

Ağır pilotsuz zərbə dronu olan Bayraktar Akıncı yerli istehsal olan LGK-82 və GÖZDE lazer tuşalyıcı ilə hədəfləri yüksək dəqiqliklə vurub

Demokrat.az xəbər verir ki, Türkiyə və Azərbaycan ordularının da arsenalında yer alan Akıncı LGK-82 və GÖZDE tuşlama dəstlərinin sınaq atışları keçirilib.

Sınaqlarda LGK-82 ilə zirehli sabit, GÖZDE ilə isə uzaqdan idarə olunan hərəkətli nəqliyyat vasitəsi hədəfə alınıb və hər iki hədəf tam dəqiqliklə vurulub.

Uğurla keçən bu sınaq "Bayraktar Akıncı"nın həm sabit, həm də hərəkətli hədəflərə qarşı yüksək dəqiqlikli zərbə imkanlarını bir daha nümayiş etdirib.

Alparslan

D
demokrat.az