Saç transplantasiyası üçün ilin hansı fəslinin daha əlverişli olduğu açıqlanıb.
Demokrat.az xəbər verir ki, cərrah Vitali Bıkovski saç əkimi üçün ən münasib dövrün payız olduğunu bildirib.
Onun fikirləri “gazeta.ru”da dərc olunub.
Həkimin sözlərinə görə, saç transplantasiyasını ilin istənilən fəslində həyata keçirmək mümkündür. Lakin payız ayları əməliyyatdan sonrakı dövr baxımından daha rahat hesab olunur.
“Saç transplantasiyası üçün konkret olaraq yalnız bir fəsli seçmək məcburi deyil. Ancaq payız daha əlverişli dövrdür. Çünki bu zaman havalar sərinləşir, günəş aktivliyi azalır və pasiyentin əməliyyatdan sonra həkimin tövsiyələrinə əməl etməsi daha asan olur”, – deyə Bıkovski bildirib.
Cərrah qeyd edib ki, transplantasiyadan sonra müəyyən müddət baş dərisini birbaşa günəş şüalarından qorumaq lazımdır. Bununla yanaşı, fiziki yüklənmələr məhdudlaşdırılmalı və əməliyyat olunan nahiyənin zədələnməsinə yol verilməməlidir.
Mütəxəssis xüsusilə günəşdən qorunma məsələsinə diqqət yetirməyin vacib olduğunu vurğulayıb. Demokrat.az


