Sosial

DİM elan etdi — Cavablar çıxdı

DİM elan etdi — Cavablar çıxdı

Ali təhsil müəssisələrinin magistraturalarında boş qalan yerlər üzrə müsabiqənin cavabları bəlli olub.

Dövlət İmtahan Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, nəticələr qurumun rəsmi saytında yerləşdirilib. Bakalavrlar qəbul cavablarını mobil operatorlar üzərindən iş nömrələrini 7727-yə göndərməklə də öyrənə bilərlər.

Müsabiqədə iştirak üçün müraciət edən 1457 bakalavrdan 508-i magistraturaya qəbul olunub. Onlardan 82 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.

Qəbul olanların siyahısı və formalaşan keçid balları “Magistr” jurnalının 7-ci sayında dərc ediləcək. Jurnalın elektron versiyası sentyabrın 1-i günün ikinci yarısından abiturient.az saytında satışda olacaq.

Tələbə adını qazanan şəxslərin qeydiyyatı 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək my.gov.az portalı üzərindən aparılacaq. Göstərilən vaxtda qeydiyyatdan keçməyənlər təhsil almaqdan imtina etmiş sayılacaqlar.

Demokrat.az

D
demokrat.az