Dünya Özəl

İstanbulda zəlzələ "fırtınası": Daha bir təkan baş verdi

İstanbulda zəlzələ fırtınası: Daha bir təkan baş verdi

Mərmərə dənizində yenidən zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, adalar mərkəzli olduğu bildirilən zəlzələnin maqnitudasını AFAD 2,8, Kandilli Rəsədxanası isə 3 olaraq açıqlayıb.

Kandilli Rəsədxanasının məlumatına görə, zəlzələnin episentri yenə Adalar olub. Maqnitudası 3 olan zəlzələnin yerin 11 kilometr dərinliyində baş verdiyi bildirilib.

Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) isə zəlzələnin maqnitudasını 2,8 olaraq açıqlayıb.

Mərmərə dənizində çərşənbə axşamı səhər saatlarında bir neçə kiçik təkanla başlayan seysmik aktivlik çərşənbə günü günortadan sonra artıb.

Həmin gün saat 17:43-də baş verən 3,2 maqnitudalı zəlzələ İstanbulun Anadolu yaxası sahillərində hiss olunaraq qısa müddətli narahatlığa səbəb olub.

Çərşənbə axşamından cümə axşamı səhərinədək isə maqnitudası 3,2-ni keçməyən daha 42 mikrosarsıntı qeydə alınıb.

Jalə Demokrat.az

D
demokrat.az