Region Özəl

Ermənistanın müdafiə naziri: Ordu kriminal şəbəkələrdən təmizlənir

Ermənistanın müdafiə naziri: Ordu kriminal şəbəkələrdən təmizlənir

Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, ordu daxilində kriminal subkulturaya qarşı sistemli mübarizə aparılır. Demokrat.az-ın məlumatına görə, Papikyan bu barədə özünün "Facebook" səhifəsində məlumat verib. "Mənim əmrimlə, orada xidmət edən zabitlərə dəstək olmaq və qoşunların fəaliyyətini təşkil etmək məqsədilə, Nazirliyin və Silahlı Qüvvələrin Baş Qərargahının struktur bölmələrindən cəlb edilmiş zabit qrupları hazırda xidmətdə olan hərbi hissələrə göndəriləcək", - deyə Papikyan yazıb.

Alparslan

D
demokrat.az