Kriminal Özəl

Bakıda gəlin qayınanasını döydü — Məhkəmə

Bakıda gəlin qayınanasını döydü — Məhkəmə

Bakının Xəzər rayonunda gəlin qayınanasına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Təhminə qayınanası Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş mübahisə zəminində Təhminə şillə ilə qayınanasının sifət nahiyəsindən, yumruqla sinə nahiyəsindən bir neçə dəfə qəsdən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Təhminə barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdıqlarını bildirib və məhkəməyə bu barədə ərizə təqdim edib.

Zərərçəkmiş qayınana da məhkəməyə müraciət edərək gəlini ilə barışdığını təsdiqləyib. O, gəlininə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az