Maraqlı Özəl

Ət kababını unutduracaq: Toyuqlu çökərtmə kababı belə hazırlanır

Ət kababını unutduracaq: Toyuqlu çökərtmə kababı belə hazırlanır

Türk mətbəxinin məşhur yeməklərindən olan çökərtmə kababını bu dəfə toyuq əti ilə hazırlaya bilərsiniz. Xırtıldayan kartof, sarımsaqlı qatıq və ədviyyatlı toyuğun birləşməsi süfrəyə fərqli dad qatır.

Demokrat.az “Yemek.com”a istinadən toyuqlu çökərtmə kababının reseptini təqdim edir.

Lazım olan ərzaqlar

Toyuq üçün:

2 ədəd toyuq filesi 2 xörək qaşığı zeytun yağı 1 diş sarımsaq 1 çay qaşığı kəklikotu 1 çay qaşığı pul bibər Yarım çay qaşığı şirin qırmızı bibər Yarım çay qaşığı qara istiot 1 çay qaşığı duz

Kartof üçün:

4 ədəd kartof Qızartmaq üçün duru yağ

Sous üçün:

1 xörək qaşığı kərə yağı 1 xörək qaşığı qırmızı bibər 1 kasa sarımsaqlı qatıq Hazırlanması

Toyuq filesini nazik, uzun zolaqlar şəklində doğrayın. Zeytun yağı, əzilmiş sarımsaq, kəklikotu, pul bibər, duz, qara istiot və qırmızı bibərlə qarışdırın. Ən azı 30 dəqiqə soyuducuda saxlayın.

Kartofları kibrit çöpü formasında nazik doğrayıb qızğın yağda qızardın.

Toyuqları yüksək odda tavada qısa müddət qızardın. Daha sonra kərə yağı və qırmızı bibər əlavə edib toyuq tam bişənədək saxlayın.

Qızardılmış kartofları boşqaba yığın. Üzərinə sarımsaqlı qatıq əlavə edin. Daha sonra bişmiş toyuqları kartofun üzərinə yerləşdirin və üzərinə kərə yağlı sous tökün.

Yeməyi isti halda süfrəyə verin.

Püf nöqtəsi: Toyuğun qurumaması üçün əvvəlcə yüksək odda qısa müddət qızardılması məsləhətdir. Zövqə görə üzərinə doğranmış cəfəri də əlavə edə bilərsiniz.

Jalə Demokrat.az

D
demokrat.az