Gündəm Özəl

Azərbaycanın ABŞ-dəki keçmiş səfirinin qızı ingilis iş adamı ilə evləndi — VİDEO/FOTO

Azərbaycanın ABŞ-dəki keçmiş səfirinin qızı ingilis iş adamı ilə evləndi — VİDEO/FOTO

Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Ceyhun Mollazadənin qızı Dəniz Mollazadə Londonda ingilis iş adamı Erhan Cooper ilə ailə qurub.

Demokrat.az xəbər verir ki, cütlüyün toyu Londonda baş tutub.

Xatırladırıq ki, Ceyhun Mollazadə tanınmış siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, tibb elmləri doktoru, Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V, VI və VII çağırış deputatı Asim Mollazadənin qardaşıdır.

Azərbaycanın ABŞ-dəki keçmiş səfirinin qızı ingilis iş adamı ilə evləndi — VİDEO/FOTO

Ceyhun Mollazadə 1960-cı il mayın 18-də Bakıda anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. O, 1992–1993-cü illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri olub.

Mollazadə 1994-cü ildə - Beynəlxalq Enerji Konsaltinq qrupuna daxil olan Kembric Enerji Araşdırmaları Mərkəzinin baş elmi işçisi olduğu dönəmdə özünün "JNM konsalting" şirkətini yaradıb. 1997–2003-cü illər ərzində isə Star Kapital Qrupun Türkiyə, Yaxın Şərq, Orta Asiya və Qafqaz üzrə baş direktoru vəzifəsini icra edib.

Ceyhun Mollazadə həm də uzun illər Azərbaycan-Amerika Cəmiyyətinin sədri olub.

Alparslan

D
demokrat.az