Hava Özəl

Paytaxtdakı toz dumanının səbəbi açıqlandı

Paytaxtdakı toz dumanının səbəbi açıqlandı

Ötən gündən başlayan güclü külək Bakı və Abşeron yarımadasında tozlu havanın yaranmasına səbəb olub. Bir çox ərazidə görünüş məsafəsi azalıb, hava dumanlı görünür.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, avtomatik stansiyaların məlumatına görə, havada tozun miqdarı normadan 1.4 - 1.7 dəfə çoxdur.

Onun sözlərinə görə, mənzərə yerli meteoroloji şəraitlə bağlıdır. Səhər saatlarından əsən güclü şimal-qərb küləyi torpaq səthindəki toz kütlələrini havaya qaldıraraq ətraf ərazilərə yayıb. Tozlu havanın sabah günorta saatlarınadək davam edəcəyi gözlənilir.

“Hazırda havada tozun miqdarı normadan 1,4-1,7 dəfə artıqdır. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakter daşıyır. Belə hava şəraitinə bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerüstü quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yayması səbəb olub. Tozlu hava şəraitinin sinoptik vəziyyətlə əlaqədar sabah günorta saatlarınadək davam edəcəyi gözlənilir”.

Fidan Hacızadə

D
demokrat.az