İdman Özəl

Tarixdə ilk dəfə: Dünya Kubokunun finalında...

Tarixdə ilk dəfə: Dünya Kubokunun finalında...

2026-cı il FIFA Dünya Kubokunun final oyunu futbol tarixində bir sıra yeniliklərlə yadda qala bilər.

Demokrat.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək final qarşılaşmasının fasiləsində ilk dəfə genişmiqyaslı əyləncə proqramının təşkil edilməsi nəzərdə tutulur.

Bu səbəbdən matçın ənənəvi 15 dəqiqəlik fasiləsinin təxminən 30 dəqiqəyə qədər uzadıla biləcəyi bildirilir.

Məlumata görə, fasilə zamanı dünya şöhrətli ifaçıların çıxışı planlaşdırılır. Bundan başqa, final qarşılaşmasından əvvəl keçiriləcək bağlanış mərasimində də tanınmış sənətçilərin səhnə alacağı gözlənilir.

Bununla yanaşı, şou proqramı, mümkün reklam elementləri, eləcə də oyunun əlavə vaxta və ya penaltilər seriyasına qədər uzanacağı təqdirdə finalın ümumi müddətinin üç saata çata biləcəyi qeyd olunur.

Qeyd edək ki, FIFA məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Nuray Paşşanlı

D
demokrat.az