Dünya

Tehran yeni qərar verdi: Hörmüz boğazı bağlandı

Tehran yeni qərar verdi: Hörmüz boğazı bağlandı

İran ABŞ-nin hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın ilk şərtini yerinə yetirmədiyini əsas gətirərək Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin dayandırıldığını bəyan edib.

Demokrat.az xəbər verir ki, bu barədə İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı açıqlama yayıb. Qərargahın bəyanatında qeyd olunub ki, qərar İsrail ordusunun Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq qəbul edilib.

Açıqlamada vurğulanıb ki, atılan addım İranın cavab tədbirlərinin yalnız ilk mərhələsidir. Bildirilib ki, bölgədə gərginliyin davam etməsi və qarşı tərəfin öhdəliklərini yerinə yetirməməsi halında əlavə tədbirlər görülə bilər.

Qərargah həmçinin qeyd edib ki, bundan sonrakı addımlar qarşı tərəfin davranışından və mövcud razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova