Uzak Şehir” serialında tanış olaraq yaxınlaşan aktyorlar Alper Çankaya və Yaren Güldiken mövsüm finalından sonra birlikdə tətilə yollanıblar.
Demokrat.az xəbər verir ki, iki mövsümdür yüksək reytinqlərlə diqqət çəkən serialın yay fasiləsinə çıxmasından sonra aktyor heyəti də istirahətə vaxt ayırıb.
Serialda Şahin Albora obrazını canlandıran Alper Çankaya və Pakizə Sancak rolunda çıxış edən Yaren Güldiken tətil zamanı çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.
Məşhur cütlüyün romantik görüntüləri qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. Paylaşımlar minlərlə bəyənmə və şərh toplayıb.
İzləyicilər cütlüyün fotolarına “Bir-birinizə çox yaraşırsınız”, “Serialın ən sevilən cütlüyü” kimi rəylər yazaraq onlara sevgilərini ifadə ediblər.
Qeyd edək ki, Alper Çankaya və Yaren Güldikenin dostluğunun serial çəkilişləri zamanı başladığı, daha sonra isə sevgi münasibətinə çevrildiyi bildirilir.


Leyla Demokrat.az


