Gündəm Özəl

Azovdakı faciəyə görə Rusiyadan açıqlama

Azovdakı faciəyə görə Rusiyadan açıqlama

Azov dənizində baş verən faciə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi rəsmi mövqeyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, qurumun mətbuat katibi Mariya Zaxarova hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına və ailə üzvlərinə dərin hüznlə başsağlığı verdiklərini, xəsarət alanlara isə tezliklə şəfa dilədiklərini bildirib. O, həmçinin insidentin təfərrüatlarının və yaranma səbəblərinin hazırda müvafiq qurumlar tərəfindən araşdırıldığını diqqətə çatdırıb.

Xatırladaq ki, pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan "Natra" və "Zirkon" adlı yük gəmilərinin heyəti Azərbaycan vətəndaşlarından ibarət olub. Hücum nəticəsində heyət üzvlərindən 5 nəfər dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dənizçilər təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün Rusiyanın Yeysk şəhərində yerləşən xəstəxanaya çatdırılıblar.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova