Bakının Sabunçu rayonunda 31 yaşlı kişi qonşusuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəbrayıl rayon sakini, 1995-ci il təvəllüdlü Akif qonşusu Müslüm (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Müslümü yumruqla bir dəfə sol göz nahiyəsindən və bir dəfə də yumruqla alın nahiyəsindən qəsdən vurub, ona xəsarətlər yetirib.
Faktla bağlı Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş şəxsdə ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli Demokrat.az


