Göygöl rayonunda 1977-ci il təvəllüdlü Cavidan qonşusu Babəkə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin avqustun 20-də rayonun kəndlərindən birində baş verib.
Daşkəsən rayon sakini Cavidan həmin gün saat 19 radələrində yaşadığı evin qarşısında otlaması üçün bağladığı özünə məxsus uzunqulağın uca səs çıxararaq ailə üzvlərini narahat etməsini, uzunqulağı oradan uzaqlaşdırmasını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qonşuluqda yaşayan Babəkə əlləri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Cavidanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Cavidan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, zərərçəkmiş Babəki yaşadığı kənd ərazisindən qonşu kimi tanıyır:
“Onun yaşadığı ünvanla evimin arasında təxminən 100 metr məsafə var. Babəklə aramızda olan mübahisə isə evimin yaxınlığında olan boş torpaq sahəsində uzunqulağımı otlaması üçün bağlamağımdan ibarət olub”.
Cavidanın sözlərinə görə, avqustun 20-də, saat 19 radələrində yaşadığı ünvanda olan zaman qonşuluqda yaşayan Babək yaşadığı ünvanın qarşısına gəlib və uzun qulağın səsinin onu narahat etməsini bildirib: “Mənə bir saat sonra uzun qulağı dama bağlayacağınm desəm də, Babək heyvanın səsinin onu narahat etdiyini, buna görə də həmin heyvanı oradan itirməyimi və yaxud satmağımı istədi. Sərxoş olduğum üçün ondan olduğum yerdən getməsini, sonradan söhbət etməyi məsləhət bildim. Lakin Babək məni nalayiq ifadələr ilə söyüb, təhqir etdiyi üçün aramızda dava-dalaş baş verdi. Babək əli ilə əynimdəki koftanın yaxasından tutdu, qarşılıqlı olaraq onun koftasından tutdum. Babəki mənə zərbə endirə bilməsə də, bir-birimizi sağa-sola dartışdırdıq. Bu zaman mən yumruqla Babəkin sifət nahiyyəsindən vurdum. Sonra onun gözündən qan gəlməsini gördüm. Bundan sonra dava-dalaş sakitləşdi”.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Cavidan 6 ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, bundan əlavə onun yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan əlavə təqsirləndirilən şəxsə elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Fariz Məlikli Demokrat.az


