Deputatın adı "Gəncə işi"ndə: Naqif Həmzəyevə sui-qəsd planı olub?

GÜNDƏM 03 yan 2020, 10:28

Milli Məclisinin V çağırış deputatı, növbədənkənar parlament seçkilərində namizədliyi yenidən Yeni Azərbaycan Partiyasından (YAP) irəli sürülən Naqif Həmzəyevin adı "Gəncə işi"ndə zərərçəkmişlər siyahısında əksini tapıb. 


Arqument.Az-a daxil olan məlumata görə, Naqif Həmzəyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərov və dəstəsi tərəfindən sui-qəsd təhdidi barədə istintaqa şikayət edib.


Məhkəmə sənədlərində qeyd olunur ki, Yunis Səfərov hətta Naqif Həmzəyevin ev ünvanını da müəyyənləşdirib.


Maraqlıdır ki, 2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Milli Məclisinin deputatı seçilən və YAP-ın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bu barədə mətbuatda hər hansı bir açıqlama verməyib. 
 

Naqif Həmzəyev ölkə gündəmində əsasən Rəsulzadəni təhqir edən deputat kimi tanınıb. 


2018-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.


Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirli bilinir. 


Onun işi üzrə sənədlər artıq məhkəmədədir və proses yanvarın 7-dən başlayacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top