İqtisadi Özəl

Qızıla maraq bu səbəbdən artıb

Qızıla maraq bu səbəbdən artıb

“Qızılın bahalaşmasının bir neçə əsas səbəbi var. İlk növbədə, dünyada gərginlik artdıqca insanlar pullarını təhlükəsiz yerdə saxlamaq istəyir”.

Bunu Demokrat.az-a açıqlamasında zərgər Araz Quliyev deyib.

O bildirib ki, bu zaman ən çox seçilən vasitə qızıl olur:

“Dollar zəifləyəndə də qızıla maraq artır.Çünki qızıl pulun dəyər itirməsindən qoruyur.Bir çox ölkələrin mərkəzi bankları ehtiyat üçün daha çox qızıl alır. Bu da bazarda qıtlıq yaradır. İnflyasiya hələ də yüksək olduğu üçün insanlar qızılı etibarlı hesab edir.Faizlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik investorları narahat edir. Belə vaxtlarda insanlar riskli sahələrdən uzaq durur.Zərgərlik məmulatlarına tələbat da azalmayıb. Xüsusən toy mövsümlərində qızıl daha çox alınır. Bütün bunlar birlikdə qızılın qiymətini yuxarı qaldırır”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova