"ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlar apara bilər".
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
“Ola bilər ki, Maduro ilə bəzi danışıqlarımız olsun və nə baş verəcəyini görək”, – Amerika lideri bildirib.
Onun sözlərinə görə, Venesuela tərəfi Vaşinqtonla danışıqlar aparmaq istəyər.
Qeyd edək ki, ABŞ-ın "Gerald R. Ford" təyyarədaşıyan gəmisi Venesuela ilə gərginliyin artması fonunda dünən Karib hövzəsinə gəlib. Döyüş gəmisi onlarla taktiki təyyarə daşıyır.
Noyabrın 15-də Maduro ABŞ vətəndaşlarına müraciət edərək, Karib hövzəsində müharibənin qarşısını almağa çağırıb. O, potensial silahlı münaqişəni bütün Amerika üçün “faciə” adlandırıb və Vaşinqtonun hərəkətlərinin “bütün bəşəriyyətə” qarşı yönəldiyi fikrini bildirib. (Publika.az)


