Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan üçün ƏHƏMİYYƏTİ

SİYASƏT 18 dek 2019, 15:22

Şərq Tərəfdaşlığı Proqramının önəmi nədir?


Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 1996-cı ildə Lüksemburqda bağlanmış və 22 Aprel 1999-cu ildə qevvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi  (TƏS) ikitərəfli münasibətlərin əsasın qoymuşdur. İkitərəfli münasibət 2015-ci ildə yeni fazaya keçərək, Azərbaycan tərəfindən Strateji Əməkdaşlıq barədə müqavilə sənədinin təklifi ilə nəticələnmiş və Aİ bu təşəbbüsə 2016-cı ilin əvvəlində öz dəstəyini ifadə etmişdir. 14 Noyabr 2016-cı ildə Avropa İttifaqı Şurası Avropa Komissiyası və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə bütün üzv dövlətlər adından Azərbaycanla hərtərəfli razılaşma üzrə danışıqlar başlaması üçün mandatı təsdiqləmişdir.


Şərq Tərəfdaşlığı Avropa İttifaqı tərəfindən 7 May 2009-cu ildə Praqada keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamə  ilə yaradılmışdır. Bu tərəfdaşlığın məqsədi Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə hərtərəfli və dərin əməkdaşlığın artırılması, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsidir. Bu əməkdaşlıq, eyni zamanda, hüququn aliliyi, yaxşı idarəetmə, insan haqlarına hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf üzrə qarşılıqı öhdəliklərə əsaslanır. 


2011-ci ildə Varşavada qəbul edilən Birgə Bəyannamə  Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında daha dərin və möhkəmlənən strateji məkdaşlığın önəmini vurğulamaqla bərabər, onların siyasi birliyini, iqtisadi inteqrasiya və müasirləşdirmə səylərinə dəstəyi bir daha ifadə etmiş oldu. 2015-ci ildə yenilənmiş Avropa Qonşuluq Siyasəti   Aİ ilə tərəfdaş ölkələr arasında daha yaxın və əhatəli münasibətlərin formalaşmasına təkan vermiş oldu. 


Azərbaycan Avropa İnteqrasiyası İndeksinin son göstəricilərinə əsasən  5-ci yerdə qərarlaşıb.Bu göstərici əsasən 2013-14-cü illərdə vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) fəaliyyətini tənzimləyən qanunvericilikdə dəyişikliklərin edilməsi, VCT-lər üçün əlverişsiz qanunvericilik və fəaliyyət imkanının yaradılması ilə davam edən proseslərin nəticəsi kimi meydana çıxmışdır. 


Münasibətlərin inkişaf tendensiyası 2015-ci ilə qədər artan templə davam etmiş, 2015-ci il Riqa sammitində Azərbaycan Avropa İttifaqı tarixində ilk dəfə olaraq, yeni tərəfdaşlıq müqaviləsi layihəsin təqdim etmiş, münasibətlərin qarşılıqlı tərəfdaşlıq əsasında qurulmasın təklif etmişdir. Bununla da, digər 3 Şərq Tərəfdaşlığı ölkəsi olan Molodva, Ukrayna və Gürcüstandan fərqli olaraq, Azrəbaycan Aİ ilə assosiativ müavilə imzalamaqdan imtina etmişdir. 2017-ci ilin Fevral ayından başlayaraq, Azərbaycan və Aİ yeni tərəfdaşlıq müqaviləsi üzrə danışıqlara start vemiş, yeni siyasi dialoq və qarşılıqlı əməkdaşlıq üçün imkanlar axtarmağa başlamışdır. Aİ-yə strateji enerji tərəfdaşı olan Azərbaycan Avropa enerji təlükəsizliyi üçün önəmli rol oynamağa başlamışdır.Bunlara baxmayaraq, Aİ ilə münasibətlərin daha dərin və hərtərəfli inkişaf etidirlməsi üçün bir sıra hüquqi və siyasi zəminlərin yaradılmasına da ehtiyac vardır. 

 


Mövcud vasitələr istər Azərbaycan, istərsə də Aİ üçün qarşılıqlı faydaılılıq əmsalının artmasına çox da təkan vermək gücündə deyil. Yeni siyasi, iqtisadi və sosial yönlü dəstək və əməkdaşlıq formulalarına ehtiyac duyulmaqdadır. Bunların ilkin başlanğıc nöqtəsi kimi aşağıda qeyd olunan tədbirlərin görülməsi real, pozitiv dəyişiklik üçün əsas ola bilər.

 

Belə ki, Azərbaycan və Aİ arasında 11 İyul 2018-ci ildə Tərəfdaşlıq Prioritetləri müəyyən edilərək gələcək əməkdaşlıq üçün istiqəmətlər müəyyən edilmişdir. Müəyyən edilmiş prioritetlərə müvafiq olaraq, hər iki tərəf daha dərin və genişləndirilmiş əlaqələr çün bir sıra zəuri addımları atmalıdır.


İlkin olaraq, güclü iqtisadiyyat üçün qeyri-neft sektorunun inkşafı, ticaərtin sərbəstləşdirilməsi və turizm, Kiçik və orta biznesin inkişafı yolu ilə iqtisadaiyyatın şaxəsləndirilməsi mühüm islahat istiqaməti olaraq müəyyən edilə bilər. Bundan savayı, rəqəmsal bazarın dəstəklənməsi, yaşıl iqtisadiyyatın yaradılması və Ai standartlarına uyğun sosial müdafiə sisteminin tətbiqi inkişaf tempini artıra bilər. Buna isə Aİ ilə Azərbaycan Respublikasının Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCFTA)  sazişi üzrə müzakirələrin genişləndirilməsi və bu sazişin yaxın perspektvə imzalanması (2020-2025) daha da səmərəli iqtisadimühit yarada bilər. 


İkincisi, yaxşı idarəetmə üzrə görüləcək tədbirlər sırasında bir sıra institutsional islahatlar, eyni zamanda insan kapitalının inkişafı mühüm əhəmiyyət daşıyır. Bunların təmini üçün, ilkin olaraq effektiv ədliyyə sisteminin qurulması, məhkəmə-hüquq sitemində yeni islahatların aparılması, və dövlət idarətməsində əks-mərkəzləşmə və bələdiyyə instututunun gücləndirilməsi daha qabarıq biruzə verməlidir. Əlavə olaraq, o da qeyd olunmalıdır ki, insan haqlarının müdafiəsi, vətəndaş və siyasi haqların təmini, demokratik cəmiyyət üçün zəruri olan azad media və fikri plüralizminin dəsətklənməsi labüddür.  

 

Image result for Eastern Partnership Program


Üçüncüsü, güclü əlaqələrin qurulması, o cümlədən nəqliyyat, logistika və yolların mühafizəi ilə bağlı proqramlaırn işlənib hazırlanması nəzərədə tutulmalıdır. Bun əlavə olaraq, enerji səmərəliliyinin artırılması, altenrativ enerji mənbələrindən istifadə və karbon di-oksidin azaldılamsı ilə bağlı Avropa İttifaqında həyata keçirilən təşəbbüslərə (Merlər paktı) qoşulma üçün zəminlər yaradılmalıdır. 


Nəhayət, güclü cəmyyətin bərqərar edilməsi üçün Azərbaycan ilə Aİ arasında mövcud olan ikitərəfli və çoxtərəfli mexanizmlərə əlavə olaraq, Viza sadələşdirilməsi və readmissiya müqaviləsinin həyata keçirilməsinə dəstək, eyni zamanda Azərbaycan vətəndaşlarının Aİ-yə sərbəst, vizasız hərəkəti üçün Aİ-Azərbaycan arasında Viza Liberalizasiya dialoqunun başlanmasına ciddi ehtiyac vardır. 


Ziya Quliyev

Hüquq Təşəbbüsləri Mərkəzinin rəhbəri 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top