Bakıda tələsən sürücü maşını belə aşırdı – VİDEO

HADİSƏ 03 dek 2019, 23:06

Bakıda baş vermiş qəza anı kameraya düşüb.  

 

Avtosfer.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü maşınların arasında keçərək irəliləyir.  

 

Son anda işıqforun qırmızı işığı yanır və avtomobili dayandırmaq istəyən zaman idarəetməni itirir. Aşan maşın yolayrıcına girir.  

 

Daha sonra yolun əks istiqamətindən hərəkətə başlamaq istəyən digər avtomobilə çırpılır. 

 

Adətən “tələsən” sürücülər bu cür hadisələr törədir.  

 

Yolda “sağ-sol” edərək manevr qaydalarını kobud şəkildə pozur, sonda isə yolayrıcına daxil olaraq digər avtomobilləri vururlar.  

 

Onlara irad bildirəndə isə əksəriyyəti “40 ilin sürücüsü” olduğunu deyir. 

 

Videonu təqdim edirik: 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top