"Prezident İlham Əliyevin iqtisadi siyasəti yaxşı nəticələr verir" — Nazir müavini

İQTİSADİYYAT 29 noy 2019, 23:06

Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və regionların inkişafı, xüsusən də qeyri-neft sektorunda sahibkarlığın inkişafı ilə bağlı siyasəti çox yaxşı nəticələr verir.


"Ölkә.Az" trend-ә istinadәn bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbirdə deyib.


N.Səfərov bildirib: "Bildiyiniz kimi Prezident İlham Əliyev Azərbaycanda sahibkarlığı dəstəkləyir və bunun üçün genişmiqyaslı institusional tədbirlər həyata keçirilir, bunlardan biri ölkənin işgüzar dairələrində menecerlərin bacarıqlarını artırmaq üçün "Almaniya-Azərbaycan birgə Proqramı"dır.

 

Nazir müavininin sözlərinə görə, bu tədbirlər nəticəsində hazırda Azərbaycanda sahibkarlığa, o cümlədən də kiçik və orta sahibkarlığa dəstək mexanizmləri həyata keçirilir, iqtisadiyyatın qeyri-neft sektorunun rəqabət və dayanıqlılığı artırılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top