"Həkim getdikdən sonra nişanlısına zəng vurub…" – Deputat Şəkərdən danışdı

HADİSƏ 24 noy 2019, 17:19

Milli Məclisin bəzi üzvləri zəhərlənmə nəticəsində həyatını itirən Şəkər Xasmətovanın yas mərasimində iştirak ediblər.

 

Demokrat.az xəbər verir ki, deputat Aydın Mirzəzadə ziyarətlə bağlı fikirlərini bölüşüb:

 

"Bu gün Milli Məclisin deputatları - Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik.3

Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik.

Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də Şəkər razı olmur.

Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş.

Dünən Şəkərin oxuduğu qrupun tələbələri onu son mənzilə yola salmağa gəlmişdilər".

 

Xatırladaq ki, dünən Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı isə müalicə üçün xəstəxanaya yerləşdiriliblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top