Kriminal

Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edildi — FOTO

Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edildi — FOTO

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgərCeyhun Hüseynovunqətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.

Demokrat.az“qafqazinfo.az”a istinadən xəbər veri ki, istintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi 2 gün sonra səhər saatlarında tapılıb.

Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edildi — FOTO

NE
Nihadə Eyyubova