Naməlum ölümcül xəstəlik aşkar edildi — Artıq ilk qurban var

HADİSƏ 14 sen 2019, 08:20

Tanzaniya sakini naməlum xəstəlikdən ölüb.


Demokrat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.


Təşkilat ölkəyə təcili araşdırma aparmaq üçün mütəxəssislərdən ibarət komanda göndərib.


Bundan əlavə, ÜST Tanzaniya Səhiyyə Nazirliyinə hadisə ilə əlaqədar əlavə məlumat verməyi ilə bağlı müraciət edib.


ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin nümayəndəsi Castin Vilyams bildirib ki, ölən qadında Ebola virusu, Denge qızdırması və malyariya əlamətləri müşahidə olunub.


“Lakin, görünür, bu, başqa bir şeydir”, - deyə Vilyams bildirib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top