Azərbaycanda 49 yaşlı kişini çaqqal dişlədi

HADİSƏ 17 avq 2019, 11:19

Zərdab sakinini çaqqal dişləyib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Siləyli kənd sakini, 49 yaşlı Namiq Sabir oğlu Tahirov sahədə su suvaran vaxt qəflətən çaqqalın hücumuna məruz qalıb. Çaqqal N. Tahirovun bud nahiyəsindən dişləyib. 


Zərərçəkən Zərdab Rayon Mərkəzi Xəstəxanasına gətirilərək zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə məqsədi ilə evə buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top