Fətullah Gülən intihara cəhd edib? - TÜRKİYƏLİ JURNALİSTDƏN SENSASİON İDDİA (FOTO)

DÜNYA 11 iyn 2019, 13:32

Türkiyəli jurnalist Fuad Uğur 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdi təşkil etməkdə ittiham olunan FETÖ lideri Fətullah Gülənin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

 

Demokrat.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, F.Uğur yazısında Gülənə aid olduğu ehtimal edilən fotoşəkil də paylaşıb.

 

O, yazısında FETÖ üzvləri arasında Güləndən sonra ikinci şəxs olan Mustafa Özcanın Gülənin təlimatlarını dinləmədiyi, onların arasında fikir ayrılığının olmasını qeyd edib. İddiaya görə, bu iki şəxs Ramazan ayı öncəsi mübahisə ediblər.

 

Jurnalist “Fətullah Gülən niyə intihara cəhd etdi?” başlıqlı yazısında FETÖ liderinin mübahisə zamanı Özcanı özünü öldürəcəyi ilə təhdid etməsini vurğulayıb. Daha əvvəl FETÖ-də mühüm səlahiyyətləri icra etmiş Ümid Akdemirin verdiyi məlumatları yazısında qeyd edən F.Uğur Gülənin çoxlu sayda dərman içdiyini ehtimal edir.

“Sonuncu aldığım məlumat inanılmazdır. Fətullah Gülən dediyini edib və intihara cəhd edib. Ancaq onu xilas etmək mümkün olub. Ümid Akdemirə gəlib çatan fotoşəkildə intihardan qurtulan Gülənin əlidir. Onun əlinə serum taxılıb və uzun müddət qaldığına görə göyərib”, - mənbə qeyd edir.

 

Bəs Gülən necə intihara cəhd edib? Bu onun inancına zidd deyilmi? Bu barədə araşdırma aparan jurnalist yazır: “İntihar müsəlman üçün qadağan edilmiş bir hərəkətdir. Bu başqasının öldürülməsindən daha ağır günahdır. Ümit Akdemir FETÖ liderinin uzun müddətdir istifadə etdiyi xeyli sayda dərmanı bir yerdə qəbul edərək intihar etmək istədiyi təxmin edir. Çünki Fetullah cəhənnəmdə intihar etdiyi üsulla cəzalandırılacağını bildiyi üçün özünü sığortalayıb. Ancaq Fətullahın intiharından xəbər tutublar və ona müdaxilə ediblər”.

 

Məqalədə həmçinin qeyd olunur ki, bu hadisədən bir müddət keçəndən sonra Fəthullah Gülənin Ramazan Bayramı münasibətilə ilk çıxışı yayımlanıb. Normal halda təxminən 35-40 dəqiqə olan çıxış maraqlıdır ki, bu dəfə yalnız 5-6 dəqiqə çəkib. Və bu dəfə Fətullah ağ paltarda efirə çıxıb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top