Jurnalistlər binasında BİABIRÇILIQ — FOTOFAKT

SOSİAL 24 may 2019, 14:59

Jurnalistlər Binasının sakinlərindən biri digərinin avtomobilinin üzərinə zibil torbası atıb.


Jurnalist Jalə Mütəllimova sosial şəbəkədə çəkdiyi fotonu paylaşaraq bu sözləri yazıb:

 

"Bu jurnalistlerin binası, "C" blokunun qarşısıdır. Bu, bu cəmiyyəti dövlət, millət adına yetişdirmək kimi ağır bir missiyanın altında çiyin verməli olan adamların binasının qarşısıdır. Bu bir dövlət mükafatçısının, digər dövlət mükafatçısının əmlakına münasibətidir. Və bu adına jurnalist sözü yaraşmayan birinin, ya özünün, ya da ailə üzvlərindən hansınınsa əməlidir. Daha nə deyim ki ?!... Allah hidayət eləsin. Seçdiyimiz, sevdiyimiz peşədə bizi üzüqara edənlərlə qonşu olmaq da bir cür mənəvi əzabdır. Bunu edən hər kimdirsə bilməliydi ki, əvvəlcə adam olmaq lazım, sonra peşə seçmək". (ölkə.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top