Heydər Əliyev Fondu Rəmişin müalicəsini üzərinə götürdü

HADİSƏ 17 may 2019, 14:29

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yenidən pisləşib.


Demokrat.az-ın xəbərinə görə, bu barədə Unikal.org-a açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova bildirib ki, Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb: 


"Rəmişin müalicəsi bu gündən başlayır. Onun ağciyərində, tənəffüs sistemində problem var. Xalq artistinin müalicəsi ölkəmizdə aparılacaq. Bizim bu sahədə yaxşı həkimlərimiz var. Onlar bu müalicəni öz üzərlərinə götürüblər. Ona görə, xaricə getməyə ehtiyac olmadı. Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Allah dövlətimizi qorusun. Allah prezidentimiz İlham Əliyevə və onun xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya can sağlığı versin".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top