"İnsan alveri problemi Azərbaycana kənardan gələn insanların hesabına artır" — Siyavuş Novruzov

MARAQLI 03 may 2019, 17:31

"İnsan alveri problemi Azərbaycana kənardan gələn insanların hesabına artır. İnsan orqanlarının qanunsuz satılması dünyanın hər yerində var, Azərbaycanda bunun qarşısı alınır". 


Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. 


O bildirib ki, bu gün on minlərlə insan Aralıq dənizində, Qırmızı dənizdə itir, onlar insan alverinin qurbanına çevrilir: 


"Ərəbistan yarımadasında da çoxsaylı insanlar insan alverinin qurbanına çevrilir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Çalışmalıyıq ki, gələcəkdə belə hallar Azərbaycanda olmasın. Biz insan alverinə qarşı hesabatın formasına da yenidən baxmaılyıq. Dövlət Miqrasiya Komitəsi də bu hesabatların təqdim edilməsinə iştirak etməlidir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top