Ermənistanın müdafiə naziri bu qadınla evlənir — FOTO

REGİON 15 yan 2022, 14:21
Ermənistanın müdafiə naziri, baş nazirin keçmiş müavini, sabiq ərazi inkişafı və infrastruktur naziri Suren Papikyan evlənməyə hazırlaşır.

Yeniavaz.com “Sputnik Ermənistan”a xəbər verir ki, toy yanvarın 22-nə planlaşdırılıb və “Faraon” restoran kompleksində keçiriləcək.

Bildirilir ki, cütlük artıq toya dəvətnamələr göndərirlər. Toydan sonra cütlük dövlət malikanələrindən birində məskunlaşmaq niyyətindədir.

“Sputnik Ermənistan”ın məlumatına görə Papikyanın evlənəcəyi qadın Armine Muradyandır. O, Papikyanın şöbə müdiri olduğu dövrdə ərazi idarəetmə nazirinin mətbuat katibi vəzifəsində çalışıb.

Qeyd edilir ki, Muradyan hazırda Ermənistanın Ərazi İnkişafı Fondunda işləyir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top