Təcili tibbi yardım avtomobillərinin ünvana gec çatmasının səbəbləri açıqlandı

SOSİAL 05 yan 2022, 17:49
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva təcili yardım avtomobillərinin gec çatması barədə səsləndirilən narazılıqlara münasibət bildirib.

Demokrat.az-ın xəbərinə görə, N.Fərzəliyeva deyib ki, paytaxt üzrə mövcud olan 139 briqada adi gündə 1700-1800 çağırışı gecikmədən normal şəkildə icra edə bilər. Çağırış yerinə çatmaq isə maksimum 40 dəqiqə çəkə bilər.

Onun sözlərinə görə, bəzən hadisə yerinə təcili yardım avtomobilinin gec çatması barədə narazılıqlar səsləndirilir: “Nəzərə almaq lazımdır ki, çağırışlar çox olarsa, gecikmələr qaçılmazdır. Əgər çağırışların sayı adi gündəkindən çoxdursa istər-istəməz gecikmə ola bilər. Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə çalışırıq”.

Baş həkimin müavini bildirib ki, qida zəhərlənmələri bayram günlərində elə də çox olmayıb: “Bayram günlərində müntəzəm şəkildə məsul şəxslərdən növbəli qrafik qurulmuşdu. Sevindirici haldır ki, bayram günlərində fövqəladə hal baş vermədi”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top