Dünya

ATƏT-ə bir il bu ölkə sədrlik edəcək

ATƏT-ə bir il bu ölkə sədrlik edəcək

Polşa yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi İsveçdən qəbul edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Polşa bu gündən etibarən 1 il müddətinə bu beynəlxalq təşkilatda koordinator funksiyasını yerinə yetirəcək.

Polşanın Baş naziri Mateuş Moravietskinin sözlərinə görə, ölkəsi hər hansı təhdidlər qeydə alınarsa, Aİ və NATO-dakı tərəfdaşlara müvafiq siqnallar göndərməklə, dünyanın bu hissəsində sülh və təhlükəsizliyin qeydinə qalmaq üçün hər şeyi edəcək.

Polşanın ATƏT-ə sədrliyinin tam proqramı yanvar ayında Vyana şəhərində təqdim olunacaq.

Qeyd edək ki, ATƏT-ə 57 ölkə daxildir.

Demokrat.az

D
demokrat.az