Telman İsmayılov: “Məmurlar prezidenti aldatdı, məqsəd biznesimi ələ keçirmək idi...”

GÜNDƏM 24 dek 2021, 10:32
“Biznes, ancaq biznes. Şəxsi heç nə. Həmin məmurlar mənim biznesimi əlimdən almaq istəyirdilər və buna nail oldular”.

Bunu keçmiş oliqarx-milyarder Telman İsmayılov haqqin.az-a müsahibəsində deyib.

O, bildirib ki, həmin məmurlar prezidenti aldatmışdılar

“Əslində Rusiya prezidenti Vladimir Putinin mənə etimadı vardı. Mən indi deyə bilmərəm bu etimad nəyə əsaslanırdı. Amma buna əminəm ki, mənimlə bağlı onu aldatdılar. Prezidentə kağız vermişdilər, o da federal kanallarda elan etmişdi ki, mənim bazarımda 2 milyard dollarlıq qaçaqmal var. Hansı ki, tamamilə yalan idi. 

Bu haqda mənə məlumat çatanda istintaq orqanlarına dedim ki, orada 2 milyard dollarlıq yox, iki dəfə çox mal var. 6 min konteyner yox, 10 min 800 konteyner var. Və hamısı qanuni yolla gətirilib. 

Bundan sonra onlar dedilər ki, guya bütün bu malların hamısı saxtadır və utilizasiya etmək lazımdır. Onların cəlb etdiyi texnika ilə o qədər malı utilizasiya etmək üçün 30 il vaxt lazım idi, onlar isə il yarım ərzində guya utilizasiya etdilər. Əslində isə malları “furalarla” daşıyıb başqa bazarlarda satırdılar. Məndə materiallar var, malları necə daşıyırlar”.

“Deyilənə görə bütün bunlara görə 5,5 milyard dollar itirmisiniz” sualına T. İsmayılov belə cavab verib: “Ola bilsin daha çox. Çünki hər şeyi məhv etdilər”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top