Rəşad Haşımovun ölkədən çıxışına “stop” qoyuldu

İNCƏSƏNƏT 09 dek 2021, 16:31
“Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımovun ölkədən çıxışına qadağa qoyulub.

Demokrat.az xəbər verir ki, onun 6 min manata yaxın vergi borcu var. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında R.Haşımovla bağlı ərizəyə baxılıb. Məhkəmə tərəfindən iddia təmin edilib və Əməkdar artistin respublika hüdudlarından kənara çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, R.Haşımov 1993-cü ildə "Rast" qrupunu yaradıb və hazırda da həmin kollektivin bədii rəhbəridir. O, Xalq artisti Ceyran Haşımovanın oğludur.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top