Şamaxıda bu obyekt sahibi barəsində araşdırma başlandı

SOSİAL 08 dek 2021, 19:08
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Nurlan” şadlıq sarayında keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq, yəni 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub. 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Nurlan Şeydayevlə bir daha izahedici söhbətlər aparılıb və onun barəsində polis şöbəsinin istintaq bölməsində araşdırma başlanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top