Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlandı

İNCƏSƏNƏT 02 dek 2021, 10:14
Koronavirusa yoluxan Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.

Zığ Modul Tipli Xəstəxanasından “Report”a bildirilib ki, diktorun reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd olunub ki, E.Bayram hazırda oksigen maskasındadır: "Onun arterial təzyiqi 160-ın 90-a, nəbzi 97, saturasiyası 96, şəkəri isə 227-dir. Huşu aydındır. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, 74 yaşlı Xalq artisti bir müddət əvvəl COVID-19-a yoluxub. O, noyabrın 29-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top