İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırıb

DÜNYA 28 noy 2021, 14:20

İsveçrə hökuməti "omikron" ştamının yayılması fonunda bir sıra ölkələrdən gələnlərə məhdudiyyətlər tətbiq edib.

 Çexiya, Niderland, Misir və Malavidən İsveçrəyə gələn vətəndaşlar mənfi koronavirus testi təqdim etməli olacaqlar. Testdən əlavə, onlar məcburi on günlük karantində qalmalıdırlar.

İsveçrə bu həftə yeni COVID-19 ştamının yayılması səbəbindən Afrikanın cənubundakı bir sıra digər ölkələrdən uçuşları qadağan edib.

Ardıcıl olaraq Honq-Konq, İsrail və Belçikadan da giriş məhdudiyyətləri tətbiq edilib. Yalnız evinə qayıdan isveçrəlilər və ya ölkədə yaşamaq icazəsi olan şəxslər İsveçrəyə gələ biləcəklər./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top