Uşaqlara müavinət verilir — Müavinəti kimlər ala bilərlər? (VİDEO)

SOSİAL 27 noy 2021, 08:43
Azərbaycanda yeni doğulan uşağa 3 yaşadək qulluğa görə müavinət ödənilir.

Demokrat.az xəbər verir ki, müavinətin məbləği uşağın yaşyarımınadək 44 manat, yaşyarımdan 3 yaşadək 28 manat təşkil edir.

İşləməyən şəxslərə isə müavinət verilmir.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, sözügedən müavinət işləyən şəxslərə qismən ödənişli sosial məzuniyyətdə olduqları dövr üçün verilir. Bunun üçün işləyən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxmaqla bağlı işlədiyi müəssisəyə müraciət etməlidir.

Rəşad Mehdili bildirib ki, əgər şəxs ərizə yazıb uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə çıxıbsa, müəssisə onun sənədlərini hazırlayıb DSMF-yə təqdim etməlidir.

Qeyd edək ki, sənədlərdə çatışmazlıq olduqda səbəbləri qeyd edilməklə, müvafiq düzəlişlərin edilib yenidən göndərilməsi üçün elektron sistem üzərindən müəssisəyə geri qaytarılır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top