Partiya sədri: “Türkiyə xarici basqılardan hər zaman uğurla çıxıb”

GÜNDƏM 25 noy 2021, 15:36
Türkiyə son 15 ildə türk dünyasının favoriti, bütün türklərin istinad, türk dövlətlərinin güvənc yeri halına gəlib. Türkiyə NATO-nun, ABŞ və Qərbin göstəriş və qərarlarını qeyd-şərtsiz icra etməkdən çıxaraq, öz milli maraqları üçün müttəfiqlərinə belə güzəştə getməyən dövlət halına gəlib.

Türkiyə 10 il bundan əvvəl artıq regional gücə çevrilmişdi və bu gün isə əsas hədəfi dünya gücü olmaqdır. Sirr deyil ki, Türkiyə milli müdafiə sənayesində misilsiz uğurlar əldə edib və artıq dünyanın bir çox ölkələri ən yeni müharibə silahları üçün Ankaraya üz tutulur. Təbii ki, Türkiyənin bu uğurları onu sevməyən xarici qüvvələri daha da qıcıqlandırır və hər gün Türkiyədə yeni siyasi oyunlar meydana gəlir. Hər kəs lirənin günü-gündən dəyər itirməsinin şahidi oldu. Təbii ki, bu dəfə ki, hədəf i Türkiyənin iqtidasiyyatını çökdürmək və əhalini etiraz dəvət etmək  idi. İstənilən hədəfə çatmaq mümkün oldumu? Xarici qüvvələrin bu dəfə ki, hədəfi də puça çıxdı desək, bəlkə də yanılmarıq.  Çünki ölkədə etirazlar başlanan günün səhərisi Türkiyə yenə güclü olduğunu sübut etdi. Belə ki, Türkiyədə səhər saatlarında 13 lirəni keçən dollar ucuzlaşmaqda davam edir. Hazırda 1 dollar daha 6,9% ucuzlaşaraq, 11,92 lirəyə düşüb. Digər uğurlardan biri isə Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed ən-Nəhyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə baş tutan görüş oldu.  Prezident Rəcəb Tayyib Ərdoğan və vəliəhdin iştirakı ilə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. İmzalanan sənədlərin fəaliyyət dairəsinin genişliyi və aktuallığı deməyə əsas verir ki, Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Sənədlərin imzalanmasından sonra verilən ilkin açıqlamaya əsasən, Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə sərmayə qoyuluşu üçün 10 milyard ABŞ dolları məbləğində maliyyə fondu yaradıb.

Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Demokrat.az-a açıqlamasında  bildirib ki, Türkiyə hər zaman xarici basqılardan uğurla çıxıb. Partiya sədrinin sözlərinə görə, bu məsələdə də Türkiyəni sıxışdırmaq mümkün olmayacaq: “Ötən gün beynəlxalq maliyyə institutlarının  rəhbərlərdən birinin açıqlamasına görə, lirənin bugünki göstəricisi əslində dəyərindən 30 faiz aşağıdır. Təbii ki, bunu bilərəkdən süni şəkildə bu vəziyyətə salırlar. Bu məsələdə  manipulyasiyalar var. Bilirsiniz ki, lirənin qiymətindən salınması siyasi məsələdir. Çünki Türkiyəyə bir sıra xarici basqılar oldu, ancaq bu cəhdlərin hamısı uğursuz alındı. Xüsusən də, təxribatlara daha çox sərhədlərində Suriya, İran yaxud da Aralıq dənizində əl atdılar. Bundan başqa daxildə PKK terroruyla bir şey edə bilmədilər, çünki Türkiyə onları da asanlıqla çökdürdü. İndi isə iqtisadi cəhətdən Türkiyənin üstünə gəlirlər. Hesab edirəm ki, Türkiyə bunun öhdəsindən də uğurla gələcək”. 

F.Quliyev qeyd edib ki, bütün bu olanları əhali çox yaxşı anlayır və buna görə də, onlar hər zaman birlik göstərərək, Türkiyəni müdafiə edir: “Digər tərəfdən də  Ərdoğan da bu istiqamətdə müəyyən tədbirlər  gördü. Ötən gün Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə 10 milyard dollar civarında investisiya qoymaqla bağlı razılığa gəlib. Bu çox böyük bir rəqəmdir. Təbii ki,  sərmayə  qoyulan kimi dərhal lirənin bahalaşması baş verdi.  Əlbəttə ki, Türkiyə başqa iqtisadi tədbirlər də görüləcək. Baş verən proseslərdə əsas məqsədə Türkiyəni asılı eləmək, həm də Türkiyəyə pul qoyanları xaricə bağlamaq idi. Ancaq Türkiyə siyasəti bu asılılıqdan qurtarmaq istəyir. Necə ki, hərbi asılıqdan, mal almaqdan və başqa məsələlərdən qurtulub. İndi bu məsəldəndə qurtulmaq istəyir. Təbii ki, bir az sancılıdır, ağrılıdır. Amma, bu məsələdə də Türkiyəni sıxışdırmaq mümkün olmayacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top