Bakıda Zəfər avtoyürüşü keçirildi — YENİLƏNİB

QARABAĞ 25 noy 2021, 12:45
Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib. 

Demokrat.az
xəbər verir ki, aksiya Fəxri xiyabandan başlayıb Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib ki, avtoyürüş Qarabağda qazanılan möhtəşəm qələbəyə həsr olunub: "Eyni zamanda, avtoyürüşün keçirilməsi əsl qəhrəmanlıq, mərdlik nümunəsi göstərmiş qazilərimizə yüksək dövlət qayğısını da ifadə edir".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlilləri, qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri görülür: "Artıq 33 min şəxs bu dəstək işləri ilə əhatə olunub. Onlara sosial ödənişlərin təyinatı, məşğulluq, reabilitasiya, sosial-psixolji dəstək və s. istiqamətlərdə dəstək göstərilib və hazırda da bu işlər davam edir". 

***11:00

Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.


Demokrat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət edilib.

Yürüşdə iştirak edən qazilər ƏƏSMN tərəfindən avtomobillərlə təmin edililib.

Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top