Aydın Mirzəzadə: “İranın Ermənistana iqtisadi dəstək verməsi işğalın uzanmasının əsas səbəblərindən idi”

GÜNDƏM 23 noy 2021, 14:18
“Azərbaycan və İran tarixən qonşu bir mədəniyyətə və tarixə malik olan dövlətlərdir. Bizim bir-birimizlə mehriban qonşuluq münasibətlərdən yaşamaqdan başqa alternativimiz yoxdur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat vurğulayıb ki, bir müddət öncə İran tərəfindən Azərbaycana heç bir əsası olmayan ittihamlar irəli sürüldü: 

“Eyni zamanda, torpaqlarımızın 30 il işğalı dövründə İranın Ermənistana iqtisadi dəstək verməsi özü də işğalın uzanmasının səbəblərdən biri idi. Ancaq vaxtaşırı biz İran tərəfindən Azərbaycanla dostluq münasibətlərinin saxlamaq, dərinləşdirmək barəsində mesajlar alırdıq. Vətən müharibəsində sonra azad olunmuş torpaqlarımızda İran şirkətlərinin iştirak etmək arzusunu ortaya qoyulması da İranın Azərbaycanın haqq işinə dəstək verməsini açıq şəkildə gördüyünün göstəricisidir. Son günlər yenidən İran tərəfdən Azərbaycanla münasibətlərin istiləşməsinə dair bəyanatlar verilir. Həmçinin, Azərbaycanın baş nazirinin səfəri zamanı konkret addımlar da müzakirə edildi. Hesab edirəm ki, İran Azərbaycanın yaxşı qonşu olduğunun fərqindədir. İran Azərbaycanın özü problemlərini həll etdiyini, dünya birliyində yüksək nüfuz qazandığını və ona qarşı təzyiqlərin Azərbaycanın gücünə heç nə təsir etmədiyinin artıq görür”.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanla pis münasibətlər saxlamaq heç bir dövlətin marağında deyil: “Hələ də revanşist ideyalardan əl çəkməyən Ermənistan belə, Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir. Ermənistan Zəngəzur dəhlizinin açılmasının onların iqtisadiyyatına xeyir verəcəyi barədə fikirlər səsləndirirlər. Hər halda İranın da Azərbaycanla bağlı mövqeyi başa düşüləndir və Azərbaycan tərəfindən razılıqla qarşılanır. Azərbaycan heç nəyi nəzərə almadan bir-birinin milli maraqlarına, suveren hüquqlarına hörmət etməklə, istənilən dövlətlərlə yaxşı münasibətlər qurmaq istəyindədir. İranla isə biz həmişə çox yaxşı münasibətlər qurmaq istəyindəyik. İran tərəfdən olan bu bəyanatlar razılıqla qarşılanır. Azərbaycanla ancaq dostluq etmək olar, ikinci variant yoxdur”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top