Emin Hüseynov Ağdamın dirçəlişindən danışdı — VİDEO

SOSİAL 20 noy 2021, 14:47
Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov şəhərin dirçəlişi barədə danışıb.

Emin Hüseynovun sözlərinə görə, şəhərin bərpası prosesini sistemli və qabaqcıl təcrübəyə əsaslanan hala gətirmək üçün təcrübəli beynəlxalq investorlar dəvət olunub. Şəhərin bərpasında həm Türkiyə, həm Rusiya, həm də Avropadan olan investorlar iştirak edir.

“Bütün bunlar tezliklə evlərinə qayıdacaqlarına ümid etdiyimiz vətəndaşlarımız üçün uyğun həyat şəraitinin yaradılması məqsədi daşıyır”, - deyə E.Hüseynov bildirib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top