Təhsil naziri valideynlərə müraciət etdi

GÜNDƏM 18 noy 2021, 13:29
"Təhsil sisteminin kökündə duran məsələ dəyərlərin ötürülməsidir. Böyüklər tərəfindən həddən çox gözləntilərin olması ilə razıyam".

Demokrat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, valideynlər onların getdiyi məktəblə, uşaqların getdiyi məktəblər arasında fərqlər olduğunu qəbul etməlidir: "Biz az sual veririk ki, uşaqlar nə istəyir. Ən vacib sual isə 20-30 ildən sonra uşaqlara nə lazımdır. Fənn bilikləri ilə bağlı deyə bilərəm ki, fənlərin ayrı-ayrı tədrisi köhnəlib. Çünki həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların istifadəsi lazımdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top