ABŞ on milyonlarla dolları ələ keçirən erməni qruplaşmasının üzvlərini axtarır — FOTO

DÜNYA 18 noy 2021, 08:21
ABŞ-ın Kaliforniya ştatında erməni mənşəli cütlük COVID-19 xəstələrinə yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox pul vəsaitini mənimsədiyinə görə həbs cəzasına məhkum edilib, lakin hüquq-mühafizə orqanları onları tuta bilməyib.

Bu barədə “Report” ABŞ-ın Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə sui-qəsd, bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onların hər ikisi atarışdadırlar, bu səbəbdən məhkəmə cinayətkarlara qiyabi hökm çıxarıb.

Hakim Stiven Uilson hökm oxunarkən Ayvazyanı "qanunlara hörmət etməyən, fırıldaqçılığı nailiyyət hesab edən amansız fırıldaqçı" kimi təsvir edib. Hakim Ayvazyanın qardaşı, 41 yaşlı Arturu da 5 il müddətinə azadlıqdan məhrum edib.

İyunun 25-də federal hakimlər heyəti Riçard Ayvazyan, Artur Ayvazyan və Terabelyanı bank və elektron fırıldaqçılığında təqsirli bilib.

Federal Təhqiqat Bürosu Riçard Ayvazyan və Terabelyan haqqında məlumat verənə 20 min ABŞ dolları mükafat vəd edir.

Məhkəmə işində həmçinin 46 yaşlı Manuk Qriqoryanın bank fırıldaqçılığı və daha bir ağır cinayəti təqsirli bilinib. Eləcə də 40 yaşlı Edvard Paronyan fırıldaqçılıq faktı üzrə təqsirli hesab edilir.

Cinayət işində həmçinin Artur Ayvazyan, Vahe Dadyan, Tamara Dadyan, Arman Hayrapetyanın da adları keçir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top