Politoloq: “Azərbaycan ordusu ermənilərin arzularını puça çıxartdı”

GÜNDƏM 17 noy 2021, 11:50
“Azərbaycan ordusu dünyaya bir daha yüksək professionallığını və döyüş hazırlığını nümayiş etdirdi”.

Bunu Demokrat.az-a açıqlamasında AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib. Politoloq qeyd edib ki, belə güclü ordusu olan ölkə tam ərazi bütövlüyünü bərpa etməyə qadirdir və təmin etməlidir: 

Moskva “İsgəndər”lə bağlı dəhşətli etiraf etməli olacaq” - Politoloq

“Hesab edirəm ki, Azərbaycan qısa müddətdə rus sülhməramlıları olan ərazidə Rusiyanın razılığı oldu ya olmadı, ya da Rusiyanı bu razılığa təhrik edərək, qalan ərazilərini də düşməndən almalıdır. Təbii ki, bu prosesdə Türkiyə və Pakistanı da yanımıza almalıyıq. Lap qarşımızda Rusiya, ABŞ, Fransa da dursa, artıq Azərbaycan bu ərazi bütövlüyünü tam bərpa etməlidir. Bildiyimiz kimi, ötən gün Ermənistan bir daha təxribata əl atdı. Amma onların bu cəhdləri uğursuz oldu. Bu, demarkasiya və delimitasiyadan qabaq bəlkə də Ermənistanın son cəhdi idi ki, Zəngəzurdakı yüksəkliklərə sahib çıxsınlar. Lakin 44 günlük Vətən savaşında olduğu kimi, bu dəfə də uğursuzluğa düçar oldular. Bu uğursuzluğun da yeganə səbəbi Azərbaycan ordusunun gücü və qüdrəti idi. Azərbaycan ordusu yenə də yüksək peşəkarlığını ortaya qoydu və ermənilərin arzularını puça çıxartdı. Hətta, yenə də düşmən tərəfindən xeyli sayda əsirlər götürüldü”.

Politoloqun sözlərinə görə, əsirlər Nikol Paşinyan iqtidarı üçün çox ağrılı bir məsələdir: “Fikrimcə, bundan Paşinyana qarşı olan Ermənistandakı siyasi qüvvələr istifadə edəcək. Bir günlük savaş deyərdim ki, gərgin bir savaş mərhələsi oldu. Orada Türkiyə və Rusiyanın susqunluğu da maraqlı idi. Sonda bu məsələlər gözlədiyimiz kimi dayandı və Rusiya dolayısı ilə ortaya girdi, atəşkəs elan olundu. Amma biz növbəti dəfə belə bir provakasiyanı ermənilərdən görsək, fikrimcə, dayanmamalıyıq”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top