Fərid Mansurov idmandan qovulan Vətən müharibəsi qazisi ilə görüşdü

İDMAN 16 noy 2021, 12:11
Dünən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov idmandan qovulan iki həndbolçu ilə görüşüb.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat katibi Qabil Mehdiyev bildirib:

“Gənclər və İdman Nazirliyi heç bir ictimai birliyin, o cümlədən də Həndbol Federasiyasının daxili məsələlərinə müdaxilə etmir. Bir qrup həndbolçunun nazirliyə müraciətinə cavab olaraq, onlara federasiya rəhbərliyi ilə görüşmək və problemləri qarşılıqlı şəkildə müzakirə etmək tövsiyə edilsə də, onlar bu görüşdən imtina ediblər.

Noyabrın 15-də nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov həmin həndbolçularla görüşüb və problemlərini dinləyib. Qaldırdıqları məsələlər nazirliyin səlahiyyətinə aid olmadığı üçün, bir daha həmin idmançılara Həndbol Federasiyasının rəhbərliyinə müraciət etmək məsləhət görülüb”.

Qeyd edək ki, həndbolçuların Olimpiya çempionu Fərid Mansurovla görüşəcəyini dünən Oxu.Az özəl olaraq xəbər vermişdi. Bizdə olan bilgiyə görə, Mansurovla görüşənlərdən biri Vətən müharibəsi qazisi Ramazan Muradovdur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top